Bu gün Misli Premyer Liqasında 17-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Turun qapanış matçı Masazırda olub. Lider "Sabah" autsayder "Karvan-Yevlax"ı darmadağınla üstələyib.
Qonaqların baş məşqçisi Fizuli Məmmədov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Çətin oyun olacağını bilirdik. Bu matça çox ciddi hazırlaşmışdıq. Komandanı oyuna maksimum dərəcədə kökləmək istədik. Bilirdik ki, "Sabah"ın heyətində güclü futbolçuları var. Necə oynayacaqları barədə də futbolçulara təhlillər zamanı göstərmişdik. İlk dəqiqələrdən xırda səhvlər etdik. Təbii ki, bu cür rəqiblərlə matçda bu tip xırda səhvlər qapıda qolla nəticələnir. Erkən qollar istər-istəməz bizə təsir etdi. Edəcəyimiz bir şey yoxdur. Ağır məğlubiyyət aldıq. Çalışacağıq ki, matçlardakı səhvləri təhlillər zamanı futbolçulara göstərək və həftə ərzində hazırlaşaq. Çünki 4 gündən sonra oyunumuz var. Ciddi hazırlaşacağıq. Futbolçularım bu gün meydanda mübarizə aparmağa çalışdı. Belə oyunlar olur. Qarşıdakı matçlara hazırlaşacağıq.