AZ

Naxçıvanda avtomobillər toqquşdu, altı nəfər xəsarət aldı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “NAZ-Lifan” markalı avtomobillə “Xəzər” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər; – 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Report

Seçilən
15
26
konkret.az

10Mənbələr