Vircil van Diyk “Liverpul”da müdafiəçilərlə bağlı rekordu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, o, buna premyer-liqanın “Bornmut” ilə oyununda (2:3) qapıya yol tapmaqla nail olub. Niderlandlı futbolçu bu liqada 22-ci qolunu vurmaqla klubun ən məhsuldar müdafiəçisi sayılan Sami Hyuypiyanın rekorduna çatıb.
Vircil qırmızı formanı 2017-ci ildən daşıyır. O, bu mövsüm premyer-liqada meydana çıxdığı 23 oyunda ilk dəfə qol sevinci yaşayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta