AZ

"Napoli" yeni hücumçu transfer edib

22 yaşlı hücumçu Jiovane "Verona"dan "Napoli"yə keçib.

Azreform.info bu barədə "Napoli" klubunun rəsmi saytına istinadən xəbər verir.

Jiovane Braziliyanın "Korintians" klubunun yetirməsidir. O, keçən ilin yayında azad agent statusu ilə "Verona"ya keçmişdi.

Cari mövsümdə A Seriyasında keçirdiyi 23 oyunda 3 qol və 4 məhsuldar ötürmə edib.

Jiovanenin "Napoli" ilə müqaviləsinin müddəti uzadılma variantı ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.(oxu.az)

Seçilən
17
1
azreform.info

2Mənbələr