AZ

Bundesliqa: “Borussiya” darmadağına üzüldü, “Frayburq” sevindi – ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Ştutqart”a 3 cavabsız qolla məğlub olub. Üç qolun qeydə alındığı “Frayburq” – “Köln” matçında isə meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, geridə qalmış 19 turdan sonra 50 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 42 xalla 2-ci pillədə qərarlaşıb. “Hoffenhaym” və “Ştutqart” 26, “Leypsiq” 35, “Bayer” 32, “Frayburq” 27 xal toplayıb.

Almaniya, Bundesliqa
19-cu tur
23 yanvar

Sankt Pauli – Hamburq 0:0

24 yanvar

Bayer – Verder 1:0
Qollar: Lukas, 37.

Bayern – Auqsburq 1:2
Qollar: İto, 23 – A.Çaves, 75. Massenqo, 75.

Ayntraxt – Hoffenhaym 1:3
Qollar: Kalimuendo, 18 – Moerstedt, 52. O.Kabak, 60. Amenda, 65-öz qapısına.

Haydenhaym – Leypsiq 0:3
Qollar: Baku, 62. Nusa, 68. Raum, 70.

Maynts – Volfsburq 3:1
Qollar: Tiets, 68. Bell, 73. Amiri, 83-pen – Amura, 3.

Union Berlin – Borussiya (Dortmund) 0:3
Qollar: E.Can, 10-pen. Şlotterbek, 53. Beyer, 84.

25 yanvar

Borussiya (Mönhenqladbax) – Ştutqart 0:3
Qollar: Levelinq, 30. Skalli, 67-öz qapısına. Undav, 74.

Frayburq – Köln 2:1
Qollar: Şerhant, 11. Matanoviç, 44 – Rozenfelder, 10-öz qapısına.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
130
11
arena.az

10Mənbələr