AZ

ABŞ Yaxın Şərqə ağır hərbi təyyarələr göndərdi

Son 24 saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı altı ədəd C-17A "Globemaster III" tipli ağır hərbi nəqliyyat təyyarəsi Yaxın Şərq istiqamətində uçuşlar həyata keçirib.Metbuat.az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatlarında qeyd olunur. Məlumata görə, ABŞ-ın əsas hissəsindən havaya qalxan və hərbi yük daşıyan təyyarələr İordaniyada yerləşən Muvaffaq Salti aviabazasına, həmçinin Qətərdəki Əl-Udeyd aviabazası, Küveytdə yerləşən Əli Əl-Salem aviabazası və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına eniş edib. Sözügedən bazalarda ABŞ-ın döyüş təyyarələrindən ibarət iri hərbi kontingenti yerləşir.Bildirilir ki, təkcə son bir həftə ərzində C-17A "Globemaster III" təyyarələri Yaxın Şərqə hərbi yüklə təxminən 20 reys həyata keçirib. Eyni zamanda, ABŞ-ın rabitə, naviqasiya və radar sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş EA-37B tipli təyyarəsinin də regiona göndərildiyi qeydə alınıb.


Seçilən
25
4
metbuat.az

5Mənbələr