AZ

Kolumbiyada qaz sızması güclü partlayışla nəticələnib 7 nəfər həyatını itirib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Narinyo departamentində yaşayış evlərinin birində qaz sızması güclü partlayışa səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər sakin həyatını itirib.

Azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Aralarında vəziyyəti ağır olanlar var.

Departamentin qubernatoru Alfonso Eskobar qəzanın səbəblərinin araşdırıldığını, qəzalı vəziyyətdə olan evin digər sakinlərinin təxliyə edildiyini bildirib.

Qeyd edək ki, qubernator partlayışın terror aktı olmadığını da vurğulayıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
525.az

1Mənbələr