AZ

Liqa 1:"Strasburq" "Lill"i darmadağın etdi

Fransa Liqa 1-də 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Paris” – “Anje” matçı qolsuz bitib. “Nant” evdə “Nitsa”ya, “Brest” “Tuluza”ya, “Mets” Lion “Olimpik”inə, “Lill” isə “Strasburq”a məğlub olub.

Hazırda 45 xala malik PSJ vahid liderdir. “Lans” 43, Marsel “Olimpik”i 38, Lion “Olimpik”i 36, “Lill” 42, “Renn” 31 xal toplayıb.

Fransa Liqa 1
19-cu tur

23 yanvar

Oser – PSJ 0:1
Qol: Barkola, 79.

24 yanvar

Renn – Loryan 0:2
Qollar: Makenqo, 3. Paqis, 77.

Havr – Monako 0:0

Olimpik (Marsel) – Lans 3:1
Qollar: Quiri, 3; 75. Nvaneri, 13 – Fofana, 85.

25 yanvar

Nant – Nitsa 1:4
Qollar: M.Məhəmməd, 45+2 – Ço, 16; 29. Diop, 40. Luşe, 90+3.

Brest – Tuluza 0:2
Qollar: Demba, 27. Qboho, 43.

Mets – Olimpik (Lion) 2:5
Qollar: Kouao, 34. Diallo, 64 – Endrik, 11; 45+1; 87-pen. Kluyvert, 16. Morton, 32.

Paris – Anje 0:0

Lill – Strasburq 1:4
Qollar: Pardo, 90+3 – Panikelli, 25. Enkiso, 26. Qodo, 58; 72.

Seçilən
80
1
fanat.az

2Mənbələr