"Qarabağ"ın sol cinah müdafiəfisi Elvin Cəfərquliyev tanınmış Avropa klublarının diqqətini cəlb edib.
Fanat.Az-ın məlumatına görə, onlardan biri də Dortmund "Borussiya"sıdır.
"Arılar" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda "Ayntraxt"a qarşı uğurlu oyunla yadda qalan, 3:2 hesablı qələbə qazandıqları görüşdə 2 assistlə diqqət çəkən Elvini cari mövsümün sonunda transfer etmək niyyətindədirlər.
Düzdür, "Borussiya" hələ Ağdam təmsilçisinə rəsmi təklif göndərməyib. Heç Almaniya nəhənginin bu transfer üçün hansı məbləği xərcləməyə də hazır olduğu bəlli deyil, lakin sözügedən klubun skautlarının yanvarın 28-də baş tutacaq "Liverpul" - "Qarabağ" matçında Cəfərquliyevin çıxışını canlı izləməyi planlaşdırdıqları dəqiqdir.
Qeyd edək ki, ÇL-in 8-ci turu çərçivəsində reallaşacaq "Liverpul" - "Qarabağ" qarşılaşmasının start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.
Nihat