AZ

İsrail Ordusu Livanda "Hizbullah"ın obyektlərinə yeni zərbələr endirdiyini bildirib

İsrail Ordusu Livanın müxtəlif ərazilərində "Hizbullah"ın hədəflərinə yeni zərbələr endirdiyini bildirib.

"Far.Az"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

"Hizbullah"ın atəşkəs sazişini dəfələrlə pozmasına cavab olaraq, İsrailin Müdafiə Ordusu Livanın bir neçə ərazisində "Hizbullah"ın terrorçularının hədəflərinə zərbələr endirib", - açıqlamada deyilir.

Seçilən
8
1
far.az

2Mənbələr