AZ

2026 cı ilin yaz yay mövsümünün əsas rəngləri açıqlandı

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vogue" jurnalı 2026-cı ilin yaz-yay mövsümünün əsas rənglərini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə urnalı rəsmi saytı məlumat yayıb.

Redaktorlar qeyd ediblər ki, trenddə yumşaq çəhrayı ton olacaq və onu şokolad, haki, boz, qara və qırmızı rənglərlə birləşdirmək olar. Belə kombinlər "Gucci", "Valentino", "Alaia" və "Balenciaga" brendlərinin podiumlarında artıq nümayiş olunub. Rənglər arasında həmçinin sönük şaftalı, lilac və pudra-sarı rənglər də populyar olacaq.

Daha əvvəl "Pinterest" sosial şəbəkəsi ilin əsas trendini açıqlamışdı. Əsasən soyuq tonlar, incə işıqlı makiyaj, ipək və vampir üslubunda gotika diqqət çəkib. Xüsusilə soyuq mavi rəng fərqlənir. Ekspertlər həmçinin "Wilderkind" üslubunu vurğulayıblar: bu üslubda heyvan naxışları, kəpənəklər, yarpaqlar və çillər yer alır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr