AZ

Almaniyanın ən qədim mehmanxanalarından biri bağlandı

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bonn şəhərində yerləşən, ən qədim mehmanxanalarından biri olan "Schaumburger Hof" 270 ildən çox fəaliyyət göstərdikdən sonra müflis olub.

Hafta.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Məlumata görə, mehmanxana hazırda bağlıdır. Onun iflasının səbəbləri arasında koronavirus pandemiyası, minimum əməkhaqqının artması və yüksək enerji qiymətləri var.

Obyektin tarixi 31 mart 1755-ci ildə başlayır. O vaxt yerli şərabçılardan biri Reyn çayının düz sahilində mehmanxana tikmək ideyasını irəli sürüb. Sonradan obyekt xeyli gəlir gətirib, mehmanxananın restoranı zadəganların sevimli istirahət yerinə çevrilib.

Müxtəlif vaxtlarda məşhur alman filosofu Fridrix Nitsşe, coğrafiyaşünas, təbiətşünas və tədqiqatçı Aleksandr fon Humboldt və şair-publisist Henrix Heyne buraya baş çəkiblər.

Seçilən
21
1
hafta.az

2Mənbələr