Bazar ertəsi gecəsi Filippində yüzlərlə sərnişin daşıyan bərə aşıb.
Publika.az xəbər verir ki, adalararası səyahət edən bərədə 342 nəfər olub.
Xinhua agentliyinin məlumatına görə, ölənlərin sayı 15-ə çatıb.
Artıq 200-dən çox insan xilas edilib, 43 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Sahil Mühafizəsi, Hərbi Dəniz Qüvvələri və balıqçı gəmilərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.