AZ

Filippində bərə batdı - Ölən və itkin düşənlər var

Filippinin Mindanao sahillərində 359 nəfəri daşıyan bərə batıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Filippin Sahil Mühafizəsinin məlumatına görə, 332 sərnişin və 27 heyət üzvü - ümumilikdə 359 nəfər olan bərənin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb. 

Axtarış-xilasetmə əməliyyatları nəticəsində indiyə qədər 316 nəfərin sudan çıxarılıb, 43 nəfər isə itkin düşüb. 

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur və hadisə ilə bağlı araşdırma davam edir.

Seymur Əli 

Seçilən
96
unikal.az

1Mənbələr