AZ

“Neftçi” iki futbolçu üçün hərəkətə keçir – Onlar razı salınmalıdır!

“Neftçi” iki futbolçusu müqaviləni uzatmaq niyyətindədir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Rza Cəfərov və Murad Məmmədovdav gedir. Klub rəhbərləyinə bu barədə konkret tapşırıq verilib. Yerli futbolçuların əldən buraxılmaması istənib.

Bu səbəbdən də rəhbərlik hazırda iki futbolçunu komandada saxlamağın yollarını axtarır. Cəfərov və Məmmədova yeni sözləşmə təklif ediləcək.

Ancaq rəhbərliyin işi asan deyil. Belə ki, iki futbolçu da hazırkı maaşla müqavilə uzatmaq niyyətində deyil. Onlar əmək haqqlarının artırılmasını istəyir.

Bu səbəbdən də hələlik danışıqlar yekunlaşmayıb. Ancaq rəhbərlik iki futbolçu ilə müqavilə uzatmaq üçün əlindən gələni edəcək.

Seçilən
88
idmanxeber.az

1Mənbələr