AZ

ABŞ da qar fırtınası 200 milyon sakinə təsir edib

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ı bürüyən güclü qar fırtınası 200 milyon insana təsir göstərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hesablamaları Amerikanın "ABC" telekanalı təqdim edib.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, güclü qar yağışı Nyu-Meksiko ştatından ABŞ-ın Şərq sahilində yerləşən Yeni İngiltərə bölgəsinədək geniş ərazini əhatə edib. Bəzi yerlərdə qar örtüyünün qalınlığı təxminən 40 sm-ə çatıb.

PowerOutage monitorinq resursunun məlumatına əsasən, 900 mindən çox ev təsərrüfatı işıqsız qalıb. Pis hava şəraiti nəticəsində azı 7 nəfər həyatını itirib. Xüsusilə Luizianada iki nəfər soyuqdan donaraq ölüb. Güclü qar yağışı ABŞ-da nəqliyyatın hərəkətini də ciddi şəkildə çətinləşdirib. Keçən həftəsonu ölkə üzrə 15 mindən çox aviareys ləğv edilib, bəzi bölgələrdə isə bərə reysləri dayandırılıb.

23 ştatda fövqəladə vəziyyət rejimi elan edilib. ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, ölkənin fövqəladə xidmətləri gözlənilən rekord şaxtalara və qar fırtınalarına hazırdır.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
19
icma.az

10Mənbələr