AZ

Avtobus aşdı - 8 yaralı var

Türkiyənin Adana şəhərində sərnişin avtobusu aşıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 8 nəfər yaralanıb.

Tarsus-Adana-Qaziantep (TAG) şossesinin Sarıçam rayonu yaxınlığında avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı beton baryerə çarpılaraq aşıb.

Hadisədə yaralanan 8 nəfər təcili tibbi yardım avtomobilləri ilə şəhərdəki xəstəxanalara aparılıb.


Seçilən
15
manset.az

1Mənbələr