AZ

Bakıda toyda qadın qəfil öldü

Dünən paytaxtın Binəqədi rayonunda keçirilən toy mərasimlərindən birində ölüm hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, hadisə saat 19 radələrində 8-ci mikrorayondakı İ.Dadaşov küçəsində yerləşən “Zirvə” şadlıq sarayında qeydə alınıb.

Belə ki, Bakı sakini 1951-ci il təvəllüdlü Zeynəb Tağı qızı Dadayeva şadlıq sarayında keçirilən mərasimdə qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
82
1
sitat.info

2Mənbələr