Bakı. Trend:
Azərbaycanın aparıcı elektron ticarət platformalası“Birmarket”-in rəhbərliyində dəyişiklik olub. Belə ki, şirkətin Başİcraçı direktoru postuna Samir Məmmədov təyin edilib. O, 5 yanvar2026-cı il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Buvəzifəni daha əvvəl Rauf Qulaməliyev icra edib. O, “Pasha Group”ilə əməkdaşlığını Məsləhətçi vəzifəsində davam etdirəcək.
Samir Məmmədov daha öncə Azərbaycanın ilk irimiqyaslı elektronödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı"PashaPay"in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb.
Qeyd edək ki, “Birmarket” Qafqazın ilk tam inteqrasiyalırəqəmsal ekosistemi olan Bir ekosisteminin aparıcı brendlərindənbiridir.
“Birmarket” çoxkateqoriyalı marketplace olaraq müştərilərinəgündəlik istehlak ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşiditəqdim edir. Platforma müxtəlif kateqoriyalar üzrə məhsulları birməkanda cəmləyərək rahat və əlçatan alış-veriş imkanı yaradır. Birekosisteminin tərkib hissəsi kimi həm müştərilər, həm dətərəfdaşlar inteqrasiya olunmuş ödəniş həlləri, kredit və taksitimkanları, “Bir Bonus” və digər ekosistem üstünlüklərindənfaydalana bilirlər.