Bakı. Trend:
ABŞ-nin Meyn ştatının Banqor beynəlxalq hava limanındakiçiktutumlu sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, qəza təyyarənin hava qalxdığı əsnada başverib.
Federal Aviasiya Administrasiyasının məlumatına əsasən,təyyarənin göyərtəsində 8 nəfər olub. Onların aqibəti barədə hələki, məlumat yoxdur.
Qəzaya uğrayan təyyarənin 11 sərnişin tutumlu "BombardierChallenger 600" modelindən olan biznes təyyarəsi olduğubildirilir.