Bakı. Trend:
Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və buistiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyigözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığortasahəsi üçün ciddi imkanlar yarada bilər.
Trend xəbərverir ki, bunu İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlıdərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 500 min sənədsiz evin ümumi bazar dəyəritəxminən 50 milyard manat təşkil edir:
“Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvüredin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığortasahəsi üçün nə qədər geniş imkanlar açır”.
Qeyd edək ki, “InsurTech” adlı dərs vəsaiti İİTKM, AzərbaycanRespublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası vəAzərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığıçərçivəsində hazırlanıb və sığorta sahəsində innovativ yanaşmalarıntəşviqini hədəfləyir.