AZ

“Fənərbağça”nın hücumçusu “Yuventus”a niyə “yox” deyib?

“Yuventus”un futbol əməliyyatları üzrə direktoru Corco Kellini Mərakeş millisinin və “Fənərbağça”nın hücumçusu Yusif Ən-Nəsirinin uğursuz transferinə münasibət bildirib.

Publika.az xəbər verir ki, hücumçu Turin klubuna icarəyə verilməkdən imtina edib.

“Sky Sport Italia”nın verdiyi məlumata görə, Kellini deyib: “Oyunçu ilə danışdıq və o, transfer şərtləri ilə bağlı bəzi şübhələrini bildirdi, ona görə də hələlik danışıqlar bizim üçün bitib. Onu birdəfəlik ala bilmərik və almaq istəmirik. Görək yaxın günlərdə nə olacaq, hər hansı bir dəyişiklik və ya başqa seçimlər olacaq, amma bizim üçün hər şey bitdi”.

Mərakeşli futbolçu bu mövsüm “Fənərbağça”da bütün turnirlərdə 25 oyun keçirib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
43
publika.az

1Mənbələr