"Sabah" klubu Azərbaycan yüksək dəstəsində 20-ci böyükhesablı qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
"Bayquşlar""Karvan-Yevlax"ı 4:1 hesabı ilə üstələyib.
Bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsidir. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
"Sabah" 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə "ANS-Pivani"yə çatıb.
Qeyd edək ki, "Sabah" ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. "Səbail"lə ev matçında 3 cavabsız qol vurulub.
Füzuli Məmmədov: “Erkən qollar bizə təsir etdi”
“Sabah”dan darmadağın - YENİLƏNİB
“Sumqayıt”ın məşqçisi: “Qış fasiləsində çarə tapmaq asan deyil”
Kurban Berdıyev: “İkinci qolu tez vursaydıq…”
“Qarabağ” hücumçu transfer edir -
SON DƏQİQƏ