AZ

Özünü məktəbə aid hiss edən şagirdlər dərsdə daha uğurlu olurlar Təhsil eksperti

ain.az, 525.az saytına istinadən bildirir.

“Şagirdin və tələbənin uğuruna təsir edən ən vacib məsələ qarşılaşdığı münasibətlər və ondan gözləntilərdir. Təhsildə bunlara keyfiyyətli tədrisi də əlavə etsək, olur tam. Şagirdlər uşaq bağçasından orta məktəbin sonuna qədər müəllimlərlə təxminən 15.000 saat vaxt keçirirlər. Ona görə də bu münasibətlərin keyfiyyəti öyrənmədə həlledici rol oynayır”.

Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib. Onun dediyinə görə,70 il ərzində 2,6 milyon şagirdi əhatə edən geniş araşdırma göstərib ki, müəllimlə güvən əsaslı və dəstəkləyici münasibət- akademik nailiyyətləri artırır, şagirdlərin davranışlarını yaxşılaşdırır. Uşaqların özünü idarəetmə və diqqət bacarıqlarını gücləndirir, şagirdlərdə aidlik, motivasiya və xoşbəxtlik hissini artırır. Bu müsbət təsir həm qızlar, həm oğlanlar üçün keçərlidir. Nəticələr isə orta və yuxarı siniflərdə daha güclü təsir göstərir:

“2025-ci ildə aparılan meta-analiz göstərir ki, sosial-emosional proqramlar şagirdlərin akademik nəticələrini orta hesabla 8,4 faiz yüksəldir. Özünü məktəbə aid hiss edən şagirdlər dərsdə daha uğurlu olurlar və bu mühiti yaradan əsas şəxs müəllimdir. Deməli “Əvvəl münasibət, sonra akademik tələblər” prinsipi doğrudur. Sinifdə etibar, davamlı dəstək və yüksək gözləntilər olduqda yaranan aidlik hissi təhsilin nəticələrini yaxşılaşdırmağın ən güclü və effektiv yollarından biridir”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr