AZ

"AZCON Holding" 2025-ci il üzrə nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqladı

Bakı. Trend:

"AZCON Holding" 2025-ci ilə aid nəqliyyat sektorunda həmsərnişindaşıma, həm də yükdaşıma göstəricilərini açıqlayıb.

Trend-inməlumatına görə, hesabatda qeyd edilir ki, sərnişindaşıma sahəsindəhesabat dövründə ADY üzrə gündəlik orta sərnişin sayı 28 min nəfərtəşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 21% artım deməkdir.“BakuBus” marşrut xətləri ilə daşınan gündəlik orta sərnişin sayıötən dövrlə müqayisədə 39% artaraq 557 min nəfərə çatıb. BakıMetropoliteni üzrə daşınan gündəlik orta sərnişin sayı isə əvvəlkiillə müqayisədə metronun “Həzi Aslanov” stansiyasında əsaslı təmirvə yenidənqurma işlərinə başlanılması səbəbindən 1% azalaraq 621min nəfər olub. Beləliklə, “BakuBus” və Bakı Metropoliteni üzrəümumilikdə daşınan gündəlik orta sərnişin sayı 1,2 milyon olmaqla,17% artım müşahidə olunub.

AZAL üzrə ümumi sərnişin sayı 4,2 milyon nəfər olub ki, bu da 3%artım deməkdir. Tranzit sərnişin daşımaları isə 487 min nəfərtəşkil edərək 30% artım göstərib. Bakı Metropoliteni üzrə xəttəburaxılan vaqonların sayı əvvəlki illə müqayisədə 9% artırılaraq381-ə çatdırılıb. Qatarlararası interval 15 saniyə azaldılaraq 1dəqiqə 45 saniyə olub.

Yükdaşıma

Yükdaşıma üzrə ADY vasitəsilə Şərq – Qərb dəhlizi ilə daşınmıştranzit yüklərin həcmi 3,7 milyon ton olub ki, bu da əvvəlki illəmüqayisədə 12% artım deməkdir. Bakı Limanı vasitəsilə konteyneraşırmalarının həcmi 40% artım nümayiş etdirərək 107 min TEU təşkiledib.

ASCO vasitəsilə quru yük gəmiləri ilə daşımaların həcmi 1,3milyon ton (45% artım), tanker daşımalarının həcmi 4,3 milyon ton(2% artım) olub. Xəzərdən kənar daşımaların həcmi isə ötən dövrləmüqayisədə 129% artım göstərərək 1,4 milyon tona çatıb.

Bununla da 2025-ci ilin nəticələri AZCON Holding-in nəqliyyatinfrastrukturunun inkişaf etməsi, sərnişinlər üçün daha rahat vəçevik xidmətlərin təmin olunması, eləcə də Azərbaycanın regional vəbeynəlxalq logistika mərkəzi kimi mövqeyinin güclənməsinə xidmətedib.

Seçilən
106
2
az.trend.az

3Mənbələr