AZ

Azərbaycanda düşünən, analiz edən yeni nəsil gənclər formalaşıb- ÖZƏL

"Elm, təhsil və məntiqə əsaslanan düşüncə tərzi, müasir dövrdə hər bir cəmiyyətin inkişafının əsas təməlidir. Bu baxımdan həyata keçirilən müxtəlif elmi layihələr gənclərin intellektual inkişafını, məntiqi düşünmə qabiliyyətini və innovativ yanaşma bacarıqlarını formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq potensialının dəstəklənməsi istiqamətində ardıcıl addımlar atır. Bu gün gənclərimizin beynəlxalq səviyyədə intellektual yarışlarda uğurla çıxış etməsi, ölkəmizin elm və təhsil sahəsində yüksələn nüfuzunun göstəricisidir. Bu istiqamətdə atılan addımlar düşünən, analiz edən, qərarvermə qabiliyyəti yüksək olan yeni nəsil Azərbaycan gənclərinin formalaşmasına xidmət edir. Nəticədə gənclərdə elmə marağı artırmaqla yanaşı, onların gələcəkdə ölkəmizin intellektual və texnoloji inkişafına töhfə verəcək fərdlər kimi yetişməsinə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr