AZ

AQTA rəsmisi: “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb olunması aşkarlanıb

Bakı, 26 yanvar, AZƏRTAC

Aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Eyni zamanda, bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Sədr müavini qeyd edib ki, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. O qeyd edib ki, hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb olunması aşkarlanıb, bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.

 

Seçilən
14
12
azertag.az

10Mənbələr