AZ

"Barselona" futbolçusuna yeni müqavilə təklif etməyə hazırlaşır

"Barselona" klubu futbolçusu Fermin Lopesə yeni müqavilə təklif etməyə hazırlaşır.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2031-ci ilin yayınadək uzatmaq niyyətindədir.

Onun hazırkı müqaviləsinin müddəti 2029-cu ildə başa çatır. Klub oyunçunun maaşının artırılmasına da razıdır.

Qeyd edək ki, Fermin Lopes cari mövsüm 24 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
69
18
far.az

10Mənbələr