AZ

İdentikləşdirilmiş heyvanların sayında 26,2 faiz artım müşahidə olunub

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) 15 yeni funksionallıq istifadəyə verilib. Əlavə olaraq bildirim ki, ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu AQTA-nın 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev deyib.

O bildirib ki, ötən il ərzində fəaliyyətin nəticəsi olaraq, əvvəlki illə müqayisədə identikləşdirilmiş heyvanların sayında 26, 2 faiz artım müşahidə olunub, bu günə qədər HİQS-də 869 min 773 baş heyvan qeydiyyata alınıb.

Seçilən
73
1
azertag.az

2Mənbələr