AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Region Liqasında yanvarın 18-nə təyin olunan "Hacıqabul" – "Bakı TFK" matçı qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə "Bakı TFK" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan "Zaqatala QFK" – "Baku Juniors" qarşılaşmasında da oxşar hal yaşanıb. "Baku Juniors" kollektivi təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Rekord təkrarlandı: Bir turda 7 legioner baş məşqçi
Dambrauskas: “Şayiələrə inanmaq lazım deyil”
Füzuli Məmmədov: “Erkən qollar bizə təsir etdi”
“Sabah”dan darmadağın - YENİLƏNİB
“Sumqayıt”ın məşqçisi: “Qış fasiləsində çarə tapmaq asan deyil”