AZ

PwC Azərbaycan və Bakı Fond Birjası Azərbaycanın kapital bazarlarının inkişafı istiqamətində birgə səylərini gücləndirir (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan və Bakı Fond Birjası (BFB) ölkənin kapitalbazarlarının inkişafını sürətləndirmək və maliyyə sektorunundayanıqlı inkişafını dəstəkləmək məqsədilə Anlaşma Memorandumu(MoU) imzalayıblar.

Memorandum Bakı Fond Birjasının İdarə Heyətinin Sədri cənabRuslan Xəlilov və PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyorucənab Şaukat Tapia tərəfindən imzalanıb. Sənəd bazariştirakçılarının imkanlarının genişləndirilməsi, emitentlərinkapital bazarlarına çıxış imkanlarının artırılması, eləcə dəkapital bazarlarında şəffaflıq və qabaqcıl təcrübələrin təşviqiistiqamətində qarşılıqlı əməkdaşlıq üçün zəmin yaradır.

Sazişə münasibət bildirən PwC Azərbaycanın Ölkə üzrə İdarəediciPartnyoru cənab Şaukat Tapia bildirib:

“Dayanıqlı və səmərəli kapital bazarları iqtisadi artımıntəşviqi və uzunmüddətli investisiyaların cəlb edilməsi üçün mühümrol oynayır. Bakı Fond Birjası ilə əməkdaşlığımız çərçivəsindəbilik və təcrübəmizi bölüşərək bazarda etimadın artırılmasına,emitentlərin dəstəklənməsinə və Azərbaycanın kapital bazarlarınıninkişafına töhfə verməkdən məmnunuq.”

Memorandum PwC Azərbaycan və Bakı Fond Birjası arasındaəməkdaşlıq prinsiplərini müəyyən edən çərçivə funksiyasını daşıyır.Memorandum çərçivəsində həyata keçiriləcək xüsusi layihələr vətəşəbbüslər zərurət yarandıqda ayrıca sazişlər vasitəsilə icraolunacaq.

Bu tərəfdaşlığın möhkəmləndirilməsi PwC Azərbaycan və Bakı FondBirjasının Azərbaycanda iqtisadi artımı dəstəkləyən, investisiyacəlbediciliyini artıran və biznes və investorlar üçün yeni imkanlaryaradan dayanıqlı, şəffaf və səmərəli kapital bazarının qurulmasıistiqamətində ortaq dəyərlərini və uzunmüddətli səylərini bir dahanümayiş etdirir.

PwC
PwC
PwC
PwC
Seçilən
135
az.trend.az

1Mənbələr