ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan "Mİ - 8" helikopterində şəhid olanların xatirəsi yad olunub.
Oxu.Az-ın məlumatına görə, şəhidlərimiz 26 yanvar 2026-cı il tarixində Şuşa Şəhidlər Xiyabanında ehtiramla anılıb, onların ruhuna dualar oxunub.
Tədbirdə Şuşa rayonunda xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
















Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.