Şəmkir rayonunda dərədən meyit tapılıb.
Busaat.az xəbər verir ki, Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığında olan dərədə onun meyiti aşkar olunub.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub, hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.