AZ

Suriyada MN YPG-yə 15 gün vaxt verdi

Suriya Müdafiə Nazirliyi terror təşkilatı YPG-yə verilən müddətin 15 gün uzadıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Suriya Müdafiə Nazirliyi terror təşkilatı YPG ilə əldə olunan yeni atəşkəs prosesinə dair bəyanat yayıb. 

Atəşkəsin 15 gün uzadıldığına işarə edilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Suriya ordusunun bütün əməliyyatlarını dayandırma müddətini 24 yanvar 2026-cı il saat 23:00-dan etibarən 15 gün uzatdığımızı elan edirik".

Terror təşkilatı YPG ilə atəşkəs müddətini uzatmağın səbəbinə toxunulan açıqlamada, ABŞ-nin YPG nəzarətindəki həbsxanalardan İŞİD-li məhbusları İraqa daşıma prosesi səbəbindən bu qərarın verildiyi ifadə edilib.

Suriya Ordusu Əməliyyatlar İdarəsi ölkənin rəsmi xəbər agentliyi SANA-ya verdiyi açıqlamada, YPG-nin işğalı altındakı Hesekə vilayətində olan mülki şəxslər üçün humanitar dəhliz açılacağını bildirib.

Qeyd olunub ki, müvafiq nazirliklərlə əməkdaşlıq çərçivəsində yaxın saatlarda dəstək və yardım təmin etmək məqsədilə humanitar dəhlizlər fəaliyyətə başlayacaq.

Seçilən
50
cebheinfo.az

1Mənbələr