AZ

Azərbaycan XİN başçısı israilli həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin xarici işlər naziri Gideon Saarı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

"Report" xəbər verir ki, bu barədə Ceyhun Bayramov israilli həmkarı ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə danışıb.

Nazir bildirib ki, israilli həmkarına Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumat verib: "Eyni zamanda, tarixi Vaşinqton görüşü barədə də həmkarıma məlumat verdim. Bu gün biz həmişə olduğu kimi, beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi apardıq".

C.Bayramov Gideon Saar ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı, mina təhlükəsi barədə də fikir mübadiləsi apardığını da əlavə edib.

Seçilən
0
2
far.az

3Mənbələr