"Sabah" futbolçusu Ayaz Quliyevlə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiənin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

A. Quliyev 2023-cü ilin yayından "Sabah"da çıxış edirdi. O, "bayquşlar"ın heyətində 54 oyuna çıxıb.

Onun "Rusiya"nın "Arsenal" klubuna keçəcəyi gözlənilir.