AZ

Əmtəə bazarlarında gümüşün qiyməti 110 dolları ötüb

Əmtəə

Əmtəə bazarlarında gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 110 ABŞ dollarını keçərək yenidən tarixi maksimumunu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir troya unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 8,57% artaraq 110,02 ABŞ dollarına bərabər olub.

Dünya bazarlarında qızılın da qiyməti tarixi maksimumlarını yeniləməyə davam edir. Belə ki, COMEX-də qızılın bir unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,33% artaraq 5 134,89 ABŞ dolları olub.

Seçilən
83
3
xalqcebhesi.az

10Mənbələr