“Köçkünlük dövründə Şəki rayonu ərazisində ağır şəraitdə yaşayırdıq. Bu gün isə doğma yurda qayıdırıq. Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci yaşamağı hər kəsə arzulayıram”.
Bu sözləri APA-nın yerli müxbirinə Xocalı rayonunun Seyidbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Bəbir İsgəndərov bildirib.
O, bu sevinci yaşadanlara minnətdarlığın bildirib: "Öncə torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə şəfa arzulayıram. Prezidentimiz İlham Əliyevə ailəmizin axınından təşəkkürümü bildirirəm".