AZ

Çingiz Aytmatovun bacısı qardaşının 100 illik yubileyinin qeyd olunmamasını xahiş etdi

Yazıçı Çingiz Aytmatovun bacısı Roza Aytmatova onun 100 illik yubileyinin qeyd olunmamasını xahiş edib.
 
Moderator.az bu barədə "Kabar" agentliyinə istinadən məlumat verir.
 
"Əminəm, deyəcəklər ki, Aytmatovun 100 illik yubileyi üçün ayrılan vəsaiti nəyəsə başqa bir şeyə xərcləmək olardı. Buna görə də hökumətdən əvvəlcədən xahiş edirəm ki, bu vəsait adi insanların həyatının yaxşılaşdırılmasına yönləndirilsin. Bu onun üçün əsl xatirə olacaq", - deyə o, müraciətində bildirib.
 
Çingiz Aytmatovun bacısı qardaşının 100 illik yubileyinin qeyd olunmamasını xahiş etdi
 
Roza Aytmatova, həmçinin vurğulayıb ki, Aytmatovun ölümündən 17 il keçib, lakin bəziləri hələ də onu müzakirə və tənqid etməyə davam edirlər. O, qardaşının xatirəsinin təhqir edilməməsinə çağırıb.
 
Seçilən
0
2
moderator.az

3Mənbələr