Nazirliyin Mətbuat xidmətindən Aktual.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti olaraq meşə massivində xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə "xilas edərək” təhlükəsiz əraziyə təxliyə ediblər.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.