AZ

Anasını təcili evə çağırdı, boğazından bıçaqlayaraq öldürdü - Bakıda qətlə yetirilən qadının FOTOSU

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayeva qətlə yetirilib.

 

Pravda.az Trend.az-a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda baş verib.

 

Emil Xanlar oğlu Ağayev anası, 67 yaşlı Həyat Nəzər qızı Ağayevanı bıçaqla boğazında xəsarət yetirərək amansızlıqla öldürüb. Məlumatda qeyd olunur ki, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olduğuna görə ailə tərəfindən bir müddət narkotik asılılığına görə aidiyyəti dispanserdə müalicə etdirilib.

 

Mərhumun yaxınları qeyd ediblər ki, Emin Ağayev hadisəni törətməmişdən əvvəl həyat yoldaşı ilə birgə gecə qayınanasıgildə qalıb.

 

Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

 

Anasını

Tarix: 26 Yanvar 2026, 14:15   
Seçilən
20
3
pravda.az

10Mənbələr