AZ

Sumqayıtın bu ərazisində su kəsiləcək

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

Day.Az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

"Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı bildiririk",-məlumatda qeyd edilib.

Seçilən
64
11
day.az

10Mənbələr