Siyəzənli mühəndisin tullantılardan yaratdığı dünya | FOTOLAR
Mühəndis dəqiqliyi ilə rəssam təxəyyülünün birləşməsinin nəticəsində yararsız avtomobil şinləri, boş şirə qabları və ya paslı metal hissələrdən 150-dən çox maraqlı eksponat yaranıb. Bu fəaliyyətCavid Yəhyayevüçün sadəcə hobbi deyil, həm də sosial ismarıcdır. Onun əsas qayəsi tullantıların həcmini azaltmaq, əşyaların təkrar emalının mümkünlüyünü sübut etmək, insanlarda ekoloji məsuliyyət hissini artırmaqdır.