AZ

İranda beynəlxalq internet blokadası tam qaldırıldı

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İranda beynəlxalq internetə çıxış üzrə bütün məhdudiyyətlər aradan qaldırılıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian müvafiq qurumlara müraciət edərək, bütün bloklamaların götürülməsini tələb edib. Məqsəd internet bazarını canlandırmaq və ictimaiyyətin beynəlxalq internetə çıxışını təmin etməkdir.

Bildirilib ki, blokadaların qaldırılması prosesi artıq icra mərhələsindədir və yaxın zamanda tam olaraq həyata keçiriləcək.

Ekspertlər hesab edirlər ki, bu addım İranda rəqəmsal iqtisadiyyatın inkişafı və vətəndaşların informasiya azadlığının təminatı baxımından mühüm dönüş nöqtəsi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axar.az

3Mənbələr