AZ

France24: “Avropa lideləri Hamburqa toplaşır”

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, “France24” telekanalının məlumatına görə, Almaniyada keçirilən sammitin rəsmi məqsədi dənizdəki külək enerjisinin, hidrogen bazarının və Şimal dənizində infrastrukturun transsərhəd genişlənməsini təşviq etməkdir. Bununla belə, ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarətə yiyələnmək barədə hədələri fonunda müzakirələrin böyük hissəsi Arktika təhlükəsizliyinə aid olacaq. İclasda yanvarın 23-də Qrenlandiyaya səfər etmiş Danimarkanın baş naziri Mette Frederiksen, həmçinin NATO və Avropa Komissiyasının (AK) nümayəndələri iştirak edəcəklər. Norveç, Hollandiya, İrlandiya, İslandiya, Belçika və Lüksemburqun da liderlərinin iştirakı gözlənilir. Böyük Britaniya və Fransa sammitdə nazirlər səviyyəsində təmsil olunacaqlar. “İclasın digər mövzuları arasında uzun müddətdir ki, Rusiyanın “hibrid hücumları”nın hədəfi olan Şimal və Baltik dənizlərində təhlükəsizlik məsələləri yer alıb. Rusiya ilə əlaqəli yük gəmiləri sualtı rabitə kabellərini sabotaj və dəniz sularında kritik infrastruktura nəzarət etməkdə şübhəli bilinir”, - telekanal vurğulayır. Xatırladaq ki, keçən həftə Almaniya kansleri Fridrix Merts Hamburqda baş tutacaq görüşdə dəniz təhlükəsizliyinin və “Şimalda ortaq iqtisadi uğurun” müzakirə mövzusu olacağını açıqlamışdı. Məlumata əsasən, doqquz Avropa ölkəsinin nümayəndələri Hamburqda Şimal dənizində külək elektrik stansiyalarının tikintisi hüququnu imzalayacaqlar. 2050-ci ilə qədər başa çatdırılması planlaşdırılan layihə bir sıra Avropa ölkələrinin külək enerjisi istehsalının inteqrasiyasını nəzərdə tutur. Liderlər həmçinin ABŞ prezidentinin Avropa ölkələrinə Qrenlandiya ilə bağlı tarifləri nəzərdə tutmayan qarşıdakı razılaşmanın əsasını qoymaq barədə açıqlamasını da müzakirə edəcəklər. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azvision.az

1Mənbələr