AZ

Ufuk Özkanın sağlamlıq vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA

Qaraciyər çatışmazlığı diaqnozu qoyulan türkiyəli aktyor Ufuk Özkanın müalicəsi Medipol Mega Universitet Xəstəxanasında davam edir.

Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun sağlamlıq vəziyyətində müsbət irəliləyiş qeydə alınıb. Bildirilib ki, Özkanın qaraciyər çatışmazlığını göstərən MELD balı 22-dən 14-ə enib. Buna baxmayaraq, müvafiq şərtlər təmin edildiyi halda qaraciyər transplantasiyasına ehtiyac qalır.

Açıqlamada qeyd olunub ki, donor axtarışı davam edir. Hazırda ilkin tibbi qiymətləndirmədən keçmiş üç donor namizədi mövcuddur, lakin hələlik yekun qərar verilməyib.

Aktyorun ümumi vəziyyətinin yaxşı olduğu, onda yaranmış A qripi infeksiyasının simptomlarının isə azaldığı bildirilib. Müalicə və nəzarət prosesi davam etdirilir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr