AZ

Səidə Bəkirqızıdan ərini söhbətə qatan Rəqsanəyə cavab: "Nəsli yığışıb gəlsə də..."

Müğənni Rəqsanə İsmayılova və aparıcı Səidə Bəkirqızı arasında qalmaqal daha da şiddətlənib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə aparıcının Rəqsanənin son günlər yayılan fotosessiyasını tənqid etməsi ilə başlayıb. Səidə Bəkirqızı sosial şəbəkədə müğənninin paylaşımlarını sərt şəkildə tənqid edib. Bu tənqidə Rəqsanə dərhal cavab verərək aparıcını ittiham edib və sərt sözlərlə tənqid edib. Müğənni bildirib ki, əgər Səidə peşəkar olsaydı, əvvəllər çalışdığı televiziyada işdən çıxarılmazdı.

O, aparıcının keçmişdə səhvləri olduğunu, amma bunu hamının bildiyini vurğulayıb. Rəqsanə, həmçinin sosial şəbəkələrdə aparıcının digər insanlara münasibətini tənqid edib və fotosessiyasına həyat yoldaşının razılıq verdiyini bildirib. Qalmaqal sosial şəbəkələrdə geniş müzakirə olunur və tərəflərin sərt açıqlamaları diqqət mərkəzindədir.

Qalmaqalın gələcəkdə necə inkişaf edəcəyi hələ məlum deyil. Müğənni Rəqsanə İsmayılovanın sözlərinə aparıcı Səidə Bəkirqızı cavab gecikməyib.

O bildirib ki, xüsusi vəkil vasitəsilə məhkəməyə müraciət edəcək:

“Rəqsanənin mənim haqqımda apardığı qarayaxma kampaniyasına nə 100 minlə, nə 50 minlə, nə də 10 minlə son qoyacağam. Çünki mən o təhqirləri milyonlarla belə qəbul etmərəm. Şərəf və ləyaqətin alçaldılmasına görə həbs cəzası düşür, 6 aylıq həbs cəzası nəzərdə tutulur və onu tələb edəcəyəm. Heç bir təzminat, heç bir üzr qəbul etməyəcəyəm.

Çünki insan danışdığı hər şeyin arxasında durmağı bacarmalıdır. Birincisi, sənin cinayət işin bağlanmayıb. Sən ayağında qolbaqla gəzən adamsan. Allah bunu heç bir Azərbaycan qadınına yaşatmasın.

Bunun üzərində şərh verəndə demişəm ki, bunu Rəqsanəyə də yaşatmasın. Heç kimin atasının adını çəkməmişəm və heç kimin anasından danışmamışam. Öz ərinin nə qədər cinsi potensialının olduğunu göstərmək üçün bir təklif etdi.

Bunu Rəqsanə yox, Rəqsanənin nəsli yığışıb gəlsə də, bunu mən Rəqsanəyə keçməyəcəyəm. Necə tənqid etmişdimsə, elə tənqidimi edərdim. Təhqir etmişdimsə, təhqir edərdim”.

Qalmaqal sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Gülər Həsənli

“Cebheinfo.az”

Seçilən
96
cebheinfo.az

1Mənbələr