
İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı 71 660 nəfərə yüksəlib.
Missiya.Az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində dağıntılar altından çıxarılan üç fələstinlinin cəsədi və 20 yaralı xəstəxanalara çatdırılıb.
Məlumata görə, Qəzzada atəşkəsin qüvvəyə mindiyi dövrdən bu günədək İsrailin hücumları nəticəsində 486 nəfər ölüb, 1 341 nəfər yaralanıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı hücumlar nəticəsində yaralananların ümumi sayı 171 419 nəfərə çatıb.
Seyranə Quliyeva Missiya.Az