PSJ “Barselona”nın futbolçusu Pedro Fernandezi transfer etməyə yaxındır.
İdmanxeber.az xəbər verir ki, Paris klubu 18 yaşlı sol cinah yarımmüdafiəçisi ilə bütün şəxsi şərtlərdə razılığa gəlib. PSJ futbolçunun 6 milyon avroluq sərbəst qalma məbləğindən bir qədər artıq ödəniş etməyə razılaşıb.
Pedro Fernandez tibbi müayinədən keçmək və müqaviləni imzalamaq üçün Parisə yollanıb. Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir.