AZ

AB İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa hazırlaşır

AB İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa hazırlaşır

Avropa Birliyi xarici işlər nazirləri 29 yanvarda İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilat kimi tanımağı müzakirə edəcəklər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani bildirib.

"Cümə axşamı Brüsseldə keçiriləcək AB xarici işlər nazirlərinin görüşündə, Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə, İrandakı etirazlar zamanı mülki şəxslərin itkisinə görə məsuliyyət daşıyanlara şəxsi sanksiyalar tətbiq etməklə yanaşı, İİKK-nı terrorçu təşkilat kimi tanımaq təklifi veriləcək" - deyə italiyalı nazir bildirib.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Qərb mediasının ölkədəki iğtişaşlar nəticəsində 30.000 insanın ölümü ilə bağlı xəbərlərini təkzib etmiş və bu iddiaları "Hitler üslubunda yalanlar" adlandırmışdı.

Seçilən
53
afn.az

1Mənbələr